Welcome to Animaral Çizgi Film Sinemasi!


     Languages
Site Lisanını Seçin

English Turkish

     Konular
  Animasyon
  Resim ve Grafik
  Mimari
  Haykelteraşlık
  Sanat Tarihi
  Sinema
  Çok Okunanlar
  Arşiv

     Ana Meno

     aniMaral Galerisi
  Ana Sayfa
  Filmlerimizin İmajları
  İllüstrasiyon
  Çizimler
  Başka Arka Planlar
  Design
  Gifler

     Videolar
  Ana Sayfa
  Demoreel
  Sincab
  Design
  Nevruz Bayramı
  Video Ara

     Learn English
Learning English

     Linkler
  animaral.ir

  ELA

     User Information
Hoşgeldin, Anonymous
Üye Adı
Şifre
(Kayıt Ol)
Üyelik:
Son Üye: Sh3ll3r1n1
Bugün: 0
Dün: 0
Toplam: 21

Şu An Bağlı:
Ziyaretçi: 8
Üye: 0
Toplam: 8

     Page Rank

Page Ranking Tool

     Share

Bookmark and Share

     Visitors
free counters

 3D-Derslik: 3D Agac

Animasyon - Animasiya
3D Dersliyi -3D Animasiya3D Max Dərsliyi: 3D Ağac;

3Ddə düzəldilən bəzi ağac modellərinin eyni problemli olduqlarını hey görürəm. Ola bilsin ki Ağac düzəltməyin ən sadə və rahat yollarından biri bir Box-dan başlayıb yuxarı üzünü neçə dəfə Extrude (Bevel) edib sonra isə budaqları eşiyə çıxarmaqdır.

Ümumilikdə gördüyüm Ağacların problemi, ağacın əsəs gövdəsini ən başacan uzatmaqdır. Bu sadəcə həmişəyaşıl ağaclar üçün yaxşı ola bilər. Normal bir Ağac üçün bu dərsliyi hazırlamışam.

Ardı üçün "Devamı"nı basın.


Gönderen: belad Tarih: 05.02.2010 Saat: 08:37 (10 okuma)
(Devamı... | 12610 byte kaldı | Puan: 0)

 Pispisa Xanim ve Siçan bey

Animasyon - Animasiya
Pispisa Xanim ve Sican Bey Pıspısa Xanım və Siçan Bəy

Uşaq ikən sevə-sevə baxdığım bir çox azərbaycan cizgi filmi var. onları çox sevib mahnılarını özüm də oxuyardım. Bunların bir çoxunu da anam mənə nağıl etmişdi, ona görə də nağılını eşitdiklərimi cizgi filmlərdə də görməyim daha çox kef verirdi.

Bu cizgi fillmlərdən "Cücələrim, Pıspısa xanım, Cırtdan-Pəhləvan, Kirpi balası və Alma və ..." adını çəkə bilərəm.

Ona görə də burada Pıspısa Xanımın nağılını və mahnı sözlərini yazmaq qərarına gəldim.

(Ardı üçün aşağıdakı "Devamı"nı basın.)

Gönderen: belad Tarih: 26.12.2009 Saat: 12:40 (141 okuma)
(Devamı... | 12425 byte kaldı | Puan: 0)

 A Very Old Man with Enormous Wings - Dünya Edebiyyatı

Edebiyyat
Qabriel Qarsiya Markes - Dunya EdebiyyatiİRİ QANADLI ÇOX QOCA KİŞİ

Qabriel Qarsiya Markes

Yağışın üçüncü günündə evin içində o qədər yengəc öldürmüşdülər ki Pelayo suyla dolmuş həyətlərindən keçib onları dənizə atmalı oldu, çünki yeni doğulmuş körpələri bütün gecəni qızdırma içində idi, və "bu üfunətdəndir" deyə düşünürdülər. Dünya çərşənbə axşamından bəri kədərli idi. Göylə dəniz bircə alatoran şeyə çevrilmişdi və qumu Mart gecələri qor-qor parlayan sahil, pörtmüş palçıq və çürümüş sədəf sahilinə dönmüşdü. Günorta vaxtı, Pelayo yengəcləri dənizə atıb evə qayıdanda hava o qədər tutqunuydu ki dalhəyətdə tərpənib inildiyənin nə olduğunu seçmək mümkün deyildi. Onun qoca bir kişi, çox qoca birisi olduğunu ancaq lap yaxınına getdiyində seçə bilmişdi. Üzüquylu palçığa uzanmışdı. Nə qədər çabalayırdısa qalxa bilmirdi; nəhəng qanadları mane olurdu.

Ardı üçün aşağıdakı "Devamı"nı basın.


Gönderen: belad Tarih: 08.10.2009 Saat: 17:35 (166 okuma)
(Devamı... | 26123 byte kaldı | Puan: 0)

 Animasiya Üzre Tehsilin Önemi - II

Animasyon - Animasiya

Cizgi Film - AnimasiyaAnimasiya üzrə təhsilin önəmi (Son Hissə)

Yazan: Jim Korkis

Don Graham-ın Təşəbbüslü Öyrətimi

Uolter yeni məktəbi üçün Chouinard-da dərs verən Don Qrahamı işə götürmə qərarına gəlir. Qraham, Stenford Kollecinin sabiq mühəndislik öyrəncisidi. Qrahamın tədris məharətləri və dözümlülüyü onu unudulmaz bir müəllimə çevirib. O rəssamlıq və incəsənət sahəsində geniş məlumatlı bir müəllim, həmçini özü də usta bir rəssam idi. Hyperion Studiyasında (15 noyabr, 1932) qurulan ilk dərs kilasında 25 nəfər iştirak etdilər. Bu say getdikcə çoxaldı. Ancaq animatorların hamısı bu kilaslara könüllü deyildilər, özəlliklə Qrahamın animasiya üzrə tədris təcrübəsizliyi ucbatından Freddy Moore və Norm Ferguson kimi zati animatorlar bu kilaslardan gözəglimli bir şey əldə edə bilmədiklərini düşünürdülər. Freddy Moore əməkdaşlarına demişdi ki: “Qraham sizə qanunları öyrədir və mən yalnız bu rəsm qabaqkından yaxşıdır deyə bilərəm.”

Bill Tytla kimi disney-in başqa əfsanəvi animatorları könüllü olaraq bu kilaslara qatıldılar. Bu barədə deyib ki: “İki il öncə bu kilaslara birinci dəfə qatıldığımda hərəkəti analiz edirdilər və mən elə ordaca bu dərslərə vuruldum.”

Ardı üçün aşağıdakı "Devamı"nı basın.


Gönderen: belad Tarih: 30.09.2009 Saat: 11:01 (124 okuma)
(Devamı... | 11268 byte kaldı | Puan: 0)

 Animasiya Üzre Tehsilin Önemi - I

Animasyon - Animasiya
Cizgi Film Oyrenisi Animasiya üzrə təhsilin önəmi (Birinci Hissə)

Yazan: Jim Korkis

Bu zamanlar, maraqlı və həvəskar animatorların peşələri və sənətləri üzrə lazim olan məharətləri öyrənmək üçün çoxlu imkanlar var; Universitet, Fakultə, kitab, dərgi və belə xüsusi kilaslar. Şövqlü bir öyrənci üçün bu sənətin professional və adlım ustalarının yol göstəriciliyi belə əl çatmaz deyil.

Ancaq bir əsr öncə karikaturaçılar, karikaturanın yeni forması, daha doğrusu Hərəkətli karikatura ilə tanış olurkən vəziyyət bam_başqa idi. Erkən dövr cizgi filmləri sadəcə yeni bir fenomen və sehirbazlıq sayılırdı. Erkən dövr animasiyanın məhdud tamaşaçıları, şəkilləri, əyləndirici qılacaq neçə duzlu hərəkət ilə razılaşırdılar. Başqa sözlə animasiya müstəqil sənət deyil, karikaturanın yan qoluydu.

Ardı üçün aşağıda "Devamı"nı basın.


Gönderen: belad Tarih: 01.06.2009 Saat: 16:32 (223 okuma)
(Devamı... | 9201 byte kaldı | Puan: 0)

 Kuklanın Gerçek Gözleri

Animasyon - Animasiya
Madam Tutli-Putli - Qisa Animasiya ucun Oskar Mukafatı Namizedi Kuklanın Gerçək Gözləri
Ən yaxşı qısametrajlı animasiya filmi oskarı namizədi
Madame Tutli-Putli filmi üzrə

Ağır səfər yükünün altında beli bükülmüş və keçmişin xatirələri ilə əhatə olunmuş Madame Tutli_Putli artıq səfərini başlayır və səfərinin ilk başından rahatsız edən qəribə xarakterlər ilə üzləşir; "Düşmanınız ilə necə davranmalısınız?" adlı bir kitabı oxumaqda olan qəribə bir oğlancığaz və yanında isə dərin yuxuya dalmış babası, Çamadanlarında oturan iki şahmat oyunçusu; daha doğrusu təsadüfə boyun əyib qatarın hərdən bir atılıb_düşməsi üzündən şahmat fiqurlarının oynatılmasını izləyən iki adam və gözlənilməz bərabər yatmaq təklifi ilə Tutli_Putlini təlaşa salan ünlü bir tennis oyunçusu. Ancaq bu qəribə əhvalat önündəki sirrili gecə ilə qarşılaşmaq üçün daha ayıq_sayıq olmasına məcbur edir.

Gecə ikən qatar qısa zaman dayanır. Tutli_Putlidən başqa bütün yolçular dərin yuxuya dalmışlar. Qatar dayanmışkən pis niyyətli olduqları bəlli üç kişi qatarda görünür. Bu üç kişi qatarda yaşıl bir duman yayırlar. Sonrası qatar boşalmış və Tutli_Putli qatarın tək yolçusu olaraq gerçək və məcazın iç_içə girdiyi bir dünyada sirrili və metafiziki bir hadisə ilə üz_üzə qalır. ...

Ardı üçün aşağıda "Devamı"nı basın.


Gönderen: belad Tarih: 06.04.2009 Saat: 09:58 (348 okuma)
(Devamı... | 7541 byte kaldı | Puan: 0)

 Vinsent Van Qoq

Resim ve Grafik

Van Qoqun oz portreti Vincent van Gogh (Vinsent Van Qoq)



Vincent Willem van Gogh (30 Mart, 1853 - 29 İyul, 1890) Hollandiyalı rəssam, Avropa sənət tarixinin ən böyük rəssamlarından biri olaraq tanınır. Van Gogh, bir keşişin oğulu olaraq 1853-cü ildə Hollandiyanın cənubunda bir kənddə anadan olmuş. 19. əsrin yazğısı ən tragik sənətçilərindən biri olan Van Gogh, içində sürəkli böhranlar yaşar və heç bir işə yaramadığına ...




Sənəti

İlk dövr qara qələm işlərində mədən işçilərini, kəndliləri mövzu etmiş; kartof (yeralma) yığanları, toxuma dəzgahı kimi mövzuları işləmiş bir yandan da cansıxıcı göylər və tünd rənglərlə iç qarardıcı mənzərələr təsvir etmişdir. Kartof Yeyənlər tablosu bu kədərli və iç qarardıcı dövrünə işarə edir.

1885 tarixli tabloda (Şəkil 1) gündəlik həyat mövzu olunubdur. İşçilər öz əkdikləri kartofları paylaşaraq yeyirkən göstərilmişlər. Tək işıq qaynağı yuxarıdan sallanan bir lampadır. Lampanın işığı kartofları işıqlandırır. Şəkilin daxilində eyni rəng və tonlar hakimdir. Yaşılın və qəhvəyinin tünd tonları. Kartofun tozlu rəngini əldə etməyə çalışdığı aydındır. Bütün şəkilə hakim olan rəng yabani kartof rəngidir. Şəkilin kədərli və qaranlıq görünüşü və yoxsul insanların üzləri melanxolik bir atmosfer yaradıb. Bu cür insanları müşahidə edən Van Gogh da yoxsulluğun nə demək olduğunu bilirdi bu dövrlərdə qardaşına yazdığı bir məktubda " Belə davam etsə hədəfimə çata bilməyəcəyəm. Bu qədər uzun zaman ac qalmasaydım bünyəm daha qüvvətli olardı. Lakin hər dəfə, daha az çalışmaq ilə ac qalmağın ikisindən birini seçmək məcburiyyətində qaldığımda, həmişə ac qalmağı seçdim. Bir insan buna necə dözə bilər' Aclığın təsirini tablolarımda elə görə bilirəm ki gələcəyim üçün narahat oluram".



Ardı üçün "Devamı"nı basın.


Gönderen: belad Tarih: 06.02.2009 Saat: 07:34 (601 okuma)
(Devamı... | 26011 byte kaldı | Puan: 0)

 Edebiyyat ve Animasiya

Animasyon - Animasiya
Tepegoz Ədəbiyyat, Folklor və Animasiya

İstər şifahi istərsə yazılı ədəbiyyat bütün yer üzü xalqlarının ortaq incəsənət formasıdır. Tanınmış ən qədim məktub ədəbiyyatın tarixi təxminən 4000 il miladdan qabaq olsa da yəqinki şifahi ədəbiyyat bu tarixdən xeyli qabaq (bəlkədə bəşər danışmağı öyrənəndən bəri) yaradılmağa başlamış və sinədən sinəyə köçürülərək uzun zamanlar yaşadılmışdır. Hər xalqı tanımaq üçün o xalqın ədəbiyyatını tanımaq yetər belə. Əsil ədəbiyyat xalqın özəlliklərini, ənənələrini və adətlərini əks etdirir və həmin adət-ənənələri yaşadır. Bütün dövrlərin müxtəlif incəsənət formaları isə ədəbiyyat əsərləri ilə sıx əlaqədə olmuş. Teatr, rəssamlıq, heykəl və başqa incəsənət formalarını ədəbiyyatsız təsəvvür etmək mümkün deyil. Kino sənəti isə doğulduğundan bəri başqa sənətlər kimi ədəbiyyatla sıx əlaqəqəyə girmiş. Təbii ki kinonun bir qolu olan animasiya da bu əlaqədən uzaq qalmamış.

Ardı üçün "Devamı"nı basın.


Gönderen: belad Tarih: 12.01.2009 Saat: 19:39 (446 okuma)
(Devamı... | 10304 byte kaldı | Puan: 0)

 İncesenet III

Art History
İncesenet III İncəsənət və Sənətkar (Üçüncü (Son) Hissə)
Yazan:
E.H.GOMBRICH

Geyim, gül və yemək masasına həddən artıq fikir verənlərin, belə şeylər bu qədər diqqət yetirməyə dəyməz deyə vasvası olduqlarına inanmağımız mümkündür. Ancaq gündəlik həyatda pis sayılan və çox vaxtlar başqalarından gizlətdiyimiz adətlər, incəsənət aləmində yüksək dərəcədə dəyərli və yararlı ola bilər. Rəssam, formaları cürləşdirmə yaxud rəng düzülüşü məsələsinə toxunduqda, "vasvası" və ondan da belə çox, nəhayət dərəcədə "Müşkülpəsənd" olmalıdır. O bizim əsla diqqətimizi çəkməz ya da çox az çəkən incə kölgəlik (Ton) dərəcə ixtilafları yaxud sturukturları (Texture) sezə bilir. Əlbəttə ki onun işi, bizim gündəlik həyatda ehtimalən qarşılaşdığımız məsələlərdən qat-qat dolaşıq və çətindir. O sadəcə neçə rəng, forma və S. kimi şeylər arasında müvazinət yaratmaq deyil, saya gəlməzcə halətləri sınamalıdır. Məsələn tablosundakı yüzlərcə Ton və Formaların "doğru" tərkibini əldə etmək üçün, dəfələrcə onları aşağı_yuxarı, oyan_buyan etməsi və tərkibi pozub yenidən başlaması belə mümkündür. Məsələn bir yaşıl rəngin tünd bir Göyün yanında durması üzündən həddən artıq sarıya çalması mümkündür. Ona görə də, hər şey korlandı, uyuşmazlıq çıxdı deyə başdan başlaması mümkündür. Tərkib və düzülüşün döğru olub_olmadığı məsələsi bəzən ona əzab verib yuxusunu qaçıracaq qədər belə başını qatır və saatlarca tablosu önündə durub fırça ilə oyan_buyana rəng artırıb sonra pozub yenidən rəng yaxır. Bu incəliklər bizim əsla sezməyəcəyimiz şeylərdir. Ancaq sənətkar işini uğurla bitirsə, artıq heç bir şey artılıb_əskilməz bir tablo əldə edəcək, yəni "doğru_düzgün" bir əsər; başqa sözlə, kamalsız bir dünyada, bitkinliyə bir örnək.

Ardı üçün aşağıda "Devamı"nı basın.


Gönderen: belad Tarih: 29.12.2008 Saat: 20:49 (442 okuma)
(Devamı... | 20963 byte kaldı | Puan: 0)

 İncesenet II

Art History
İncesenet İncəsənət və Sənətkar (İkininci Hissə)
Yazan: E.H.GOMBRICH

Şəksiz bu biraz şişirtilmiş misaldır (birinci hissənin sonunda çəkilən misal), ancaq buna bənzər yanlışlıqlar nadir və ehtimalsız deyil. Hamımız anlaşılan və alışdığımız rəng və şəkilləri doğru rəng və şəkillər sanmağa meyl göstəririk. Uşaqların çoxusu göy üzündəki ulduzlar, həndəsi ulduz şəklində olmalıdır deyə düşünürlər, buna baxmayaraq ki hamımız ulduzların əsl və təbii formalarının elə olmadığını bilirik. Bir tabloda Göy və Çəmən illah göy və yaşıl olmalıdır deyənlər də bu uşaqlardan qalıcı deyillər, tabloda başqa rəngləri görcək hirslənərlər. Ancaq yaşıl çəmənlər və göy səmalar barədə bütün eşiddiklərimizi unudub, sanki daha öncə bu dünyanı heç görməmiş, yenicə başqa planetdən gəlib bu dünyaya ayaq basan bir araşdırıcı kimi dünyamıza baxar olsaq, dünyamızın çaşdırıcı və əcib_qərib rənglərə boyandığı aydın olar. Rəssamlar da çox vaxtlar özləri buna bənzər kəşfiyat səfərindən gəlmiş kimi hiss edir, yaddaşlarındakı təsəvvürləri, öncələr üzərində israr etdiyi üsullar və eşiddiklərini buraxıb dünyanı yenidən izləmək istəyirlər və artıq Əti qırmızı, Almanı isə sarı yaxud al rəngdə görmək istəmirlər. Yaddaşımızda yerini bərkidən bu yanlış təsəvvürlərdən qurtulmaq o qədər də sadə deyil, ancaq bunun üstündən doğru_düzgün gələ bilən rəssamlar ən coşqun və könül oxşar əsərlər yaratmışlar. Yuxuda belə görmədiyimiz yeni təbiət gözəlliklərini bizə tanıtdıranlar da elə bu usta yaradıcılardır. Onlardan dərs alıb getdiyi yollarını tutsaq, otağımız pəncərəsindən eşiyə qısa bir baxış belə, bizi həyəcanlandıra bilər.

Ardı üçün aşağıda "Devamı"nı basın.


Gönderen: belad Tarih: 30.11.2008 Saat: 21:36 (491 okuma)
(Devamı... | 17895 byte kaldı | Puan: 0)

 İncesenet I

Art History
İncesenet İncəsənət və Sənətkar (Birinci Hissə)
Yazan: E.H.GOMBRICH

Əsas olaraq "Tam Sənət" deyə bir şey yoxdur, ancaq sənətkarlar vardır. Sənətkarlar (və xüsusilə Rəssamlar) isə, bir zamanlar rəngli kəssəkləri yerdən götürüb Camış və başqa heyvanların rəsmini mağara divarları üzərinə çəkən insanlar idi. Bizim çağda isə rəssamlar rənglərini hazır olaraq dükanlardan alıb Reklam posterləri dezayn edirlər; və bu uzun tarixi zaman içində nələr ki baş verməmiş. İncəsənət sözcüyünün müxtəlif dövrlərdə və coğrafiya məkanlarında bir-birlərindən ayrı və fərqli (və bəlkə də bir-birlərinə zidd) olaraq qavranılması şərtini nəzərə alaraq, bu hadisələrin hamısını Sənət saymaq məsələsizdir və bunu da unudmamalıyıq ki mütləq incəsənətin mövcudiyyəti yoxdur. Çünki mütləq anlamda sənət, artıq xəyali büt halına dönübdür. Bir sənətkara, yaratdığın şey öz taylarına görə əla bir şeydir ancaq "İncəsənt" sayılmaz desəniz, onu incitmiş olacaqsınız, və bir tablonu bəyənmiş kimsəyə, bəyəndiyin şey "İncəsənt" yox başqa şeydir desəniz onu heyrətləndirib rahatsız etmiş olarsınız. Doğrusu mən bir heykəl yaxud bir rəsmin bəyənilməsinin yanlış səbəbləri olduğuna inanmıram. Kimi bir tablonu ona vətənini andırdığı üçün, kimi isə bir portreti dostuna bənzədiyi üçün sevir. Bunun heç məsələsi yoxdur. Hamımız bir tabloya baxarkən, o tablonu bəyənəcəyimizi yaxud bəyənməyəcəyimizi təsirləndirə bilən minlərcə şeyi xatırlamağımız mümkündür. Bu xatirələr, müşahidə etdiyimiz əsərdən daha həzz almağımıza səbəb olarsa heç məsələ yaratmaz, ancaq əlaqəsiz bir xatirə bizi önfikirləməyə yönəldirsə məsələ ilə qarşılaşacağıq. Məsələn mümkündür özümüz belə sezmədən sadəcə yüksəklik və dağdan qorxumuzun təsiri altında əla bir dağlıq mənzərənin rəsmindən zəhləmiz belə gedsin. Belə durumlarda bir əsərdən ala biləcəyimiz həzzlərə əngəl olan içimizdəki və yaddaşımızdakı səbəbləri araşdırmalıyıq. Qətiyyən bir sənət əsərinə qarşı pis münasibətlərimizin səbəbləri doğru deyil.

Ardı üçün aşağıda "Devamı"nı basın.


Gönderen: belad Tarih: 20.11.2008 Saat: 22:48 (908 okuma)
(Devamı... | 27984 byte kaldı | Puan: 0)

 Uolt Disney

Animasyon - Animasiya
Uolt Disney - Cizgi Film Walter Elias Disney - Uolter Elayas Disney (1901 - 1966)

Amerikalı cizgi film rəssamı və komiks (comic strip) yazıçıs Uolt Disney, yaratdığı fiqurları satışa çıxarmaqda və bu yolla təcrübi filmlərinin məxaricini təmin etməkdə usta idi. Disneyland və Disney World adlı əyləncə parklarını açmaqla tətil sənayesinin qabaqcılları sırasına girdi. Şikagoda anadan olan Disney, orta səviyyəli bir ailənin uşağı olaraq böyüdü. Çox məhdud olan cibxərcliyini artırmaq üçün qəzet dağıdırmış. 1916dan sonra Kanzas City Sənət İnstitutu kurslarını davam etdirdi. Birinci Dünya Döyüşü sıralarında Fransada ambulans sürücüsü olaraq əsgərliyini keçirdi.

Ardı üçün aşağıda "Devamı"nı basın.


Gönderen: belad Tarih: 11.11.2008 Saat: 18:58 (475 okuma)
(Devamı... | 8457 byte kaldı | Puan: 0)

 NESNELERİ ETİR SAÇAN KİNO

Kino
Yeni-Kino-KameraSNƏLƏƏTİR SAÇAN KİNO İLLUZİYASININ GERÇƏKLİKLƏRİ

1895-ci ildə şəkilləri hərəkətə gətirməklə yeni sənət növünün - kinonun əsasını qoyanda Lümyer qardaşlarının heç yatsalar yuxularına da gəlməzdi ki, nə vaxtsa onların xələfləri tamaşaçılara, məsələn, tapançanın lüləsindən çıxan, adi gözlə heç izini belə görmək mümkün olmayan güllənin hərəkətini həmin güllənin hərəkət sürəti ilə eyni sürətdə müşahidə edən seyrçinin görmə nöqtəsindən izləmək kimi qeyri-adi bir şans verəcəklər. Amma o vaxt ağla gəlməyənlər bu gün reallıqdır: müasir tamaşaçı ekrana baxa-baxa relsin (Dəmir Yolu) üzərinə uzanıb sürətlə hərəkət edən qatarın təkərlərinin necə fırlanmasını, yaydan çıxıb hədəfə doğru süzən oxun öz qurbanının köksünə sancılana qədər davam edən hərəkətini izləmək, ox kimi süzən ceyranın ürək döyüntülərini onun yanı ilə qaça-qaça duymaq, bir sözlə, dünyanı yalnız normal görmə qabiliyyətinin verdiyi imkanlar daxilində yox, həm də qarışqanın, quşun, öz yuvasından boylanan ilanın, daha neçə-neçə nələrin və kimlərin baxış bucağından görmək səadətinə qovuşur. Reallığın qavranılma prosesində məkana, məkandakı predmetlərə, proseslərə fəzanın bütün nöqtələrindən baxa bilmək imkanı yaratması, şubhəsiz ki, kinonun əldə etdiyi ən mühüm nailiyyətlərdən biridir.
Amma kino bununla kifayətlənmir və kinoçular elmin, texnikanın nailiyyətlərindən bəhrələnərək ekran dilini daha da zənginləşdirmək, gerçəkliyin ekran vasitəsi ilə qavranılmasını daha da asanlaşdırmaq üçün yollar axtarırlar: yeni montaj üsulları üzərində eksperimentlər aparılır, ekran təhkiyəsinin akustik sırası təkmilləşdirilir, tamaşaçının duyğularını qıcıqlandırmağın, yeri gələndə onu şoka salmağın təzə konsepsiyaları hazırlanır.

Ardı üçün aşağıda "Devamı"nı basın.

Gönderen: belad Tarih: 12.10.2008 Saat: 21:09 (449 okuma)
(Devamı... | 36973 byte kaldı | Puan: 0)

 Şel Silversteyn

Resim ve Grafik
shel_silversteinGecə gəzərkən

Gecəni gəzib,
İsinmək üçün isti bir yer axtarırkən,
O yanımdan keçəndə, dedim:
"Hey, kipriklərində qar dənəcikləri var"
Və o gülərək:
"Qar deyil..."
"Tanrının göydə silkədiyi balışdan tökülən lələklərdir" - dedi.
Və gülümsəyən dodaqlarını açdı,
Taki bir qar dənəciyini üfürsün.
Və ikimizdə güldük
Sonra gözlərinə baxdım,
Və gözləri
yenə isinəcəyim yer idi...

Şel Silverstayn

"Bağışlayan Ağac", "Yuxarı Düşmək" və "Çardaqda İşıq" və S. kimi populyar uşaq kitabları üçün dünya şöhrətini qazanmış "Shel Silvestrein" gerçekden yunikal və çoxyönlü sənətkar idi; O məşhur şair, dramaturq, illüstrator, ssenarist və nəğməkar şair idi. Shel Silvestrein bütün əsrlərin ən populyarlarından və uşaqların ən çox sevdiyi yazıçılardan biri olaraq bütün dünyada 10 milyonlarca oxucunu heyran etmişdir.

Dahi "Sheldon Allan Silverstein" Sentyabr 25, 1930-da Çikaqoda anadan olmuş. Ancaq bir az özü barədə danışmağı sevərdi. 1975-də "Publishers Weekly"-yə, "Mən uşaq ikən, çox yaxşi bir beysbol oyunçusu yaxud qızların bəyəndiyi birisi olmaq istərdim, ancaq nə beysbol nə də rəqs bacara bilmədim. Buna görə rəsm çəkməklə yazmağa başladım. Təqlid edəcəyim yaxud ondan təsirlənəcəyim kimsəm olmadığı üçün çox şanslıydım və öz stilimi inkişaf etdirdim" demişdi. 1950-lərdə Yaponiya və Koreyada əsgər olanda "Pacific Stars and Stripes" xəbərnaməsinin yetişkən oxucuları üçün ilk karikaturalarını çəkər. Həmçinin gitara çalmağı və mahnı yazmağı öyrənər; sonralar Johnny Cash üçün "A Boy Named Sue (Sue adlanan bir oğlan)" və Dr. Hook üçün isə "The Cover of the Rolling Stone" kimilərini yaradacaq bir istedad.

Ardı üçün aşağıda "Devamı"nı basın.

Gönderen: belad Tarih: 24.09.2008 Saat: 00:53 (803 okuma)
(Devamı... | 26048 byte kaldı | Puan: 0)

 Görünüş sabitliyi (Persistence of Vision)

Kino
Görünüş sabitliyi (Persistence of Vision)

Ümumiyyətlə bütün film üzrə yazılan mətnlərdəki hərəkət məsələsi yanlış olaraq qavranılır. "Görünüş sabitliyi" hərəkət təsəvvürü üçün gərəkli deyil. Bunca bu nəzəriyyə üzrə inad etmək əlaqədar faktik mexanizmləri açıqlamaqdansa daha çox bəzi kino alimlərinin bərk və təssüratlı dünyalarına aiddir."
(Bill Nichols and Susan J. Lederman)

Təxminən 1980lərdə, neçə yazıçı, uzun müddət hərəkət təsəvvürü qavrayışı üçün istinad edilən və göz (bəzi yazılara görə isə göz_beynin) qüsuru olaraq qeydə verilən "Görünüş Sabitliyi" (Persistence of Vision) məsələsi, ancaq hərəkət təsəvvürü qavrayışına görə arxaik bir anlayış olaraq uzun zaman öncə psixoloqlar və fizioloqlar tərəfindən arxada bıraxılmışdır deyə xəbərdarlıq etdilər. kino yazıçıların çoxusu (bəzən hələ də) bu məqalələrdən xəbərləri olmayaraq yaxud onlara inanmıyaraq genə də Görünüş Sabitliyini hərəkət qavrayışının əsl prinsiplərindən biri olaraq məqalələr yazmağa davam edirlər. onlar danışıqlarda, bu termin çox sadə, zərif və belə poetikdir deyirlər. Ancaq bu anlayışın yanlışlığından xəbərləri yoxdur bəlkə də heç maraqlanmırlar.

Ardı üçün aşağıda "Devamı"nı basın.


Gönderen: belad Tarih: 17.09.2008 Saat: 12:13 (540 okuma)
(Devamı... | 17958 byte kaldı | Puan: 0)


     Search



     Rand Video

Emperor Emperor Kuzco can't dance


     Video 3

Most Viewed Video Demoreel
Demoreel

Latest Video Deniz
Deniz seyaheti - (animasiya filmi,1992)

Highest Rated Video Sincab
Sincab


     Old Articles
10.11.08
· Bizimle Elaqe
12.10.08
· NESNELERİ ETİR SAÇAN KİNO
23.09.08
· Şel Silversteyn
17.09.08
· Görünüş sabitliyi (Persistence of Vision)
13.08.08
· Wall.E - Uolt Disney Studiyasi
17.07.08
· Stop-motion texnikası ve tarixi
24.06.08
· Salvador Dali
22.06.08
· Kompüter qrafiki ile canlandırmanın inkişafı
20.06.08
· Paleolit İncesenetinde Hereket Ayırdı
10.06.08
· Maurice de Bevere (Morris)
27.05.08
· Hybrid Animation ve Treasure Planet
05.04.08
· Timothy "Tim" William Burton
27.03.08
· Kamera Öncesi Animasyon
22.03.08
· Animasiya Texnikaları
17.03.08
· Aladdin, Cizgi Filmi üzre maraqlı nöqteler
12.03.08
· James Stuart Blackton
05.03.08
· John Halas ve Joy Batchelor
29.02.08
· AZERBAYCAN KİNOSU - AĞ VE QARA TESVİRLER
28.02.08
· Tex Avery
25.02.08
· Paul Grimault
19.02.08
· Karel Zeman
17.02.08
· Caroline Leaf
11.02.08
· İranda İlk Animasyon Filmi
09.02.08
· Auguste ve Louis Lumiere
06.02.08
· Öncü Animatörler ve Stüdyolar
05.02.08
· Snow White & the Seven Dwarfs
04.02.08
· Vincent van Gogh
03.02.08
· Tasviri sanat 19. yüzyılda ve 20. yüzyılın birinci yarısınd
29.01.08
· Jafar Najibi (Cefer Necibi)
· Azerbaycan kinosu

Eski Haberler

     Random Headlines

Pottery
[ Pottery ]





Designed By: www.okhdar.com


PHP-Nuke Copyright © 2006 by Francisco Burzi. This is free software, and you may redistribute it under the GPL. PHP-Nuke comes with absolutely no warranty, for details, see the license.
Sayfa Üretimi: 1.21 Saniye