Welcome to Animaral Çizgi Film Sinemasi!

     Languages
Site Lisanını Seçin

English Turkish

     Farsi
Farsi
Farsi

     Ana Meno

     Konular
  Tüm Konular
  Animasyon
  Resim Sanatı
  Grafik
  Mimari
  Seramik
  Haykelteraşlık
  Sanat Tarihi
  Sinema
  Çok Okunanlar
  Arşiv

     aniMaral Galerisi
  Ana Sayfa
  Filmlerimizin İmajları
  İllüstrasiyon
  Çizimler
  Başka Arka Planlar
  Design
  Gifler

     Videolar
  Ana Sayfa
  Demoreel
  Sincab
  Design
  Nevruz Bayramı
  Video Ara

     Reklam
ELA


     Learn English


 Wall.E

Animasyon - Animasiya
Wall-e"Wall.E"
Disney-pixar_ın yeni şahəsəri


Dastan xülasəsi

"Wall.E" zibil yığan bir robot adıdır. "Wall.E" 700 il boyunca ona tapşırıldığı iş (zibil yığma) ilə uğraşar artıq EVE adlı şik bir araşdırıcı robotla tanış olcaq yaşama baxışı dəyişir yenilənər. EVE, "Wall.E"_nin gələcək həyatın ona bağlı olduğu bir bitkini təsadüfü olaraq qoruduğunu öyrənər, bulduğunu, "evə arxayın dönmək olarmı yosa xeyr?" deyə şövqlə intizar çəkən insanlara çatdırmaq üçün durmadan fəzaya geri dönər və "Wall.E" onu fəzada izliyib ən həyicanlı komedi və sevda macəralarından birini kino pərdələri üzünə çəkdirər.

Ardı üçün aşağıda "Devamı"nı basın.

Gönderen: belad Tarih: 13.08.2008 Saat: 10:40 (28 okuma)
(Devamı... | 12370 byte kaldı | Puan: 0)

 Stop-motion texnikası ve tarixi

Animasyon - Animasiya
Stop MotionStop-motion, kukla

Stop-motion texnikası və tarixi

"Stop Motion" sabit nəsnələri hərəkət edərmiş kimi göstərən bir animasiya texnikasıdır. Kuklalar və ya oyun xəmiri/lateks/silikon ilə yoğrulmuş modellər istifadə edilər, tək kadr (tək Fram) çəkmə xüsusiyyətinə sahib Digital və ya analoq kameraya ehtiyac vardır. Tək kadr (tək Fram) tutma xüsusiyyəti olan Video Capture kartları da istifadə edilə bilər.

Stop Motion texnikası: kameranı xarakterə qarşı nizamlayıb tək Fram çəkib sonra xaraktri bir az hərəkət etdirib yeni bir kadr çəkmək və bunu təkrarlayaraq animasiyanı tamamlamaqdır. Çəkilən tək kadr şəkillərin ard-arda düzülüb (hər saniyə üçün 12-24 kadr) oynadılması ilə hərəkət əldə edilər. Səhnələr montajlanaraq film tamamlanar. Bu işlərin çoxu cizgi film texnikası ilə eynidir, fərq; stop motion animasiyada istifadə edilən gerçək 3 ölçülü xarakter, model və setlərdir.

1800-cü illərin başlanğıcından sonlarına qədər keçən zaman içində kinonun ixtirasıyla cizgi film və stop motion texnikaları istifadə edilərək film çəkmə işləri də ortaya çıxmağa başlamışdır. Model animasiyası və ya 3 Ölçülü Animasiya olaraq, stop motion, Amerikada ortaya çıxıb inkişaf edən cizgi filmin əksinə, kölgə oyunları və kukla ənənəsinə sahib Orta və Cənub Avropada daha çox istifadə edilmiş və inkişaf etdirilmişdir. Uzaq şərq, xüsusilə Yaponiya da unudulmamalıdır.

Ardı üçün aşağıda "Devamı"nı basın.

Gönderen: belad Tarih: 17.07.2008 Saat: 19:22 (54 okuma)
(Devamı... | 15187 byte kaldı | Puan: 0)

 Salvador Dali

Painting
Salvador_DaliSalvador Dali: Sürrealizm məktəbinin parlaq günəşi

Salvador Felip Jakinto Dali Domenek sürrealist əsərləri ilə məşhurdur. Onun yaratdığı bütün əsərlər -sürrealist rəsmlər, yüksək səviyyədə çəkilmiş çertyojlar və İntibah dövrü rəssamlarının təsiri altında çəkdiyi mənzərə rəsmləri özünün qeyri-adi kombinasiyası seçilir. Dali böyük istedad və fantaziyaya malik rəssam idi. O qeyri-adi hərəkətləri ilə diqqəti cəlb etməyi çox sevirdi.

Salvador Felipe Jakinto Dali Domenek 1904-cü il, 11 May, saat 08:45-də İspaniyanın kiçik şəhərlərindən biri olan Fiqeras (Kataloniya) şəhərində orta təbəqəli notarius ailəsində anadan olub. Dali uşaqlıq illərini Fiqerasda və gözəl mənzərəli Kadakas kəndində keçirib. Burada valideynləri onun üçün ilk studiyasını tikirlər. Dali ilk rəssamıq təhsilini Munispal Rəssamlıq Məktəbində alır. 1916-cı ildə yay tətilini Kadakas kəndində keçirən Dali Parisə tez-tez səfər edən yerli rəssam Ramon Pişotun ailəsi ilə tanış olur və onun qarşısında yeni dünya açılır - o ilk dəfə özü üçün müasir tərzi kəşf edir. 1917-ci ildə atası Dali üçün öz evlərində onun kömürlə çəkilmiş rəsmlərindən ibarət ilk sərgisini təşkil edir. Dalinin ilk ictimai sərgisi 1919-cu ildə Fiqerasda, Munisipal Teatrda açılır. 

Gönderen: belad Tarih: 24.06.2008 Saat: 13:55 (78 okuma)
(Devamı... | 12666 byte kaldı | Puan: 0)

 Kompüter qrafiki ile canlandırmanın inkişafı

Animasyon - Animasiya
beauty_beastKompüter qrafiki ilə canlandırmanın inkişafı

klasik canlandırma iki ölçülü dünyada həyat tapmaqdadır. Xarakterlər və məkanlar kağız üzərinə əllə çəkilib, hər kadr ayrı-ayrı fotoşəkillənər. Disney bu
2 ölçülü dünyaya 1930larda multiplane (Çox Qatmanlı) kamera ilə yeni ölçü əlavə etmək üçün bəzi işlər görmüş olsa da, canlandırma dünyasındakı əsl böyük nailiyyət, 1980-ci illər və kompüterlərin həyatımıza girməsiylə olmuşdur. 1991-ci ildə Disneyin reallaşdırdığı "Beauty and the Beast" adlı cizgi filmi ilə kompüterlə yaradılan hərəkətli məkanlar cizgi filmlərdə meydana çıxarkən, "The Lion King"də kamera hərəkətlərində, "The Hunchback of Notre Damada" qalabalıqların yaradılmasında və Mulan cizgi filmində Hunların saldırmasının canlandırıldığı səhnələrin hamısında kompüter qrafiki və 3 Ölçülü canlandırma istifadə edilmişdir. Pixarın 1995-ci ildə viziona girən Oyuncaq Hekayəsi (Toy Story) filmi, canlandırma dünyasına tamamilə kompüterdə reallaşdırılan filmləri qazandırarkən, Toy Story-nin açdığı yoldan irəliləyən AntZ, Shrek, Ice Age kimi filmlər, bu dövrün ən çox izlənilən və bəyənilən filmləri olaraq, diqqət çəkmişlər. Kompüter canlandırmasının geddikcə artan cazibəsi indiki vaxtda canlandırma dünyasının yenidən qurulmasına gətirib çıxarmışdır.

Ardı üçün aşağıdakı "Devamı"nı basın.

Gönderen: belad Tarih: 22.06.2008 Saat: 11:04 (87 okuma)
(Devamı... | 24450 byte kaldı | Puan: 0)

 Paleolit İncesenetinde Hereket Ayırdı

Animasyon - Animasiya
AtPaleolit (Palaeolitihic) İncəsənətində Hərəkət Ayırdı

Paleolit sənətkarları, mağara duvarları üzərində və ya başqa əl çatar yerlərdə rəsm etdiyi canavarlara, həyat verməyə də cəhd göstərmişlər. Hərəkətdəykən rəsm edilmiş çoxusu otcul heyvanlardan çoxlu nümunələr var. Bu təsvirlər ümumiyyətlə sadə və təfsilatsız, eyni halda təbiətdəki rəftarların yüksək dərəcədə müşahidə edilməsinə sübutdur (Azema 2004b).

Rəsimlərin bəzisi ilk baxışda hərəkətsiz görünürlər, artıq həmin rəsimlərə başqa bucaqlardan yaxud dəyişik yönlərdən ışıqlandırılaraq baxılırsa, bu fikir dəyişir. Mağara sənətkarları ehtimalən mağara duvarlarının təbii həcmlərindən, çəkdiklərini daha canlı his etdirməsi üçün faydalanmışlar. Daha doğrusu, bu sənətkarlar hərkətləri analiz edib, ardıcıl təsvirlərin üst-üstə (Superimposition) yaxud yan-yana çəkməsiylə, dördüncü ölçü (zamanı) icad etməyi bacarmışlar. Ancaq, təxminən 20 min il ərzində inkişaf etmiş Paleolit incəsənətindəki minlərcə heyvan rəsmindən çox azı bu özəllikləri daşımaqdadır. Aşağıda bu təsvirlərdən neçə seçilmişi üzərə danışılacaq.

Ardı üçün aşağıda "Devamı"nı basın.

Gönderen: belad Tarih: 20.06.2008 Saat: 15:54 (95 okuma)
(Devamı... | 20821 byte kaldı | Puan: 5)

 Maurice de Bevere (Morris) üzere

Painting
morris_lucky Maurice de Bevere (Morris) üzərə

Morris bir illüstratörüydü, ancaq başqaları ilə əsaslı bir fərqi var idi, o isə ömür boyu "Şanslı Luk" (Lucky luck) komik Stripinin xarakterindən sevayı, başqa heç bir karakter ilə uğraşmamasıdır. Ayrı sözdə bütün ömrünü "Şanslı Luk"un macəralarına həsr etmişdir.

Morris 1923də Belçika`nın "Kortrijk", şəhərində anadan olur. əvvəllər rəssamlıqdan başqa komik striplərin dastanını da özü yazarmış. Ama sonralar yazmağı bıraxıb, komik striplərin yalnız rəsimləməsini öz boynuna götürür. Çox çəkmədən "Spirou" dərgisində sabit bir iş tapır. O zamanlar Spirou dərgisi yuxarı tirajla, həftəlik olaraq çıxırdı. Dərginin muxatəbləri isə gənc və yeniyetmələr idi. Əlbəttə bəzən bu iki qurupdan daha kiçik yaşlılar da bu dərgini oxuyurdular.

Ardı üçün aşağıda "Devamı"nı basın.

Gönderen: belad Tarih: 10.06.2008 Saat: 17:28 (85 okuma)
(Devamı... | 6241 byte kaldı | Puan: 0)

 Hybrid Animation ve Treasure Planet

Animasyon - Animasiya
Treasure_Planet & Hybrid Animation "Hibrid animasiya" (Hybrid Animation) və "Xəzinə Planeti" (Treasure Planet)

Rəng və fırçayla çəkilən klasik animasiya texniki ilə 3 Ölçülü (3D) kompüter animasiyası, hər ikisinində macəralı və fantastik "Xəzinə Planeti" (Xəzinə Səyyarəsi) filmin çəkilişində önəmli rolları var. Misal olaraq "John Silver" karakteri, İnsan_Maşın vucudlu bir karakterdir. Bu karakterin insani hissəsi əl, robatik hissəsi isə kompüter istehsalıdır. Bu karakterin canlandıranı və nizarətçisi, animator "Glen Kin"; Kompüter Qərinə (Simetriya) qanunlarını gözləmə və mexaniki rəsmlər çəkmək baxımından nüqsansız işliyir. Əslində Kompüter, maşın rəsm edən bir maşındır, ama insanlar, ehsaslı və həyicanlı parçalar üçün bədahəlik və bəzi gərəkli tənasübsüzlüyü təmin etməkdə daha yararlı işliyirlər - deyir.

Ardı üçün aşağıda "Devamı"nı basın.

Gönderen: belad Tarih: 27.05.2008 Saat: 08:22 (101 okuma)
(Devamı... | 10291 byte kaldı | Puan: 0)

 Tim Berton (Tim Burton)

Animasyon - Animasiya
tim-burton-animasiyaTimothy "Tim" William Burton

1958`də Kaliforniya`nın Burbank`ında anadan olur. Elə uşaq ikən də qeyri_adi idi. Yaşıdlarıyla uyuşmaz, sakit bir uşağıydı. Sınıfdaşları, Burton`u eybəcər rəsimlər çəkər, ağlında qəribə fantastik dünyalar yaşadar bir oğlancığaz tanıyardılar. Yeni yetməlik yaşlarındakən, yoldaşları ilə bərabər film çəkərmiş, "Doktor Aqor`un Adası" (The Island of Doctor Agor) (1971) bu filmlərə bir nümünədir. O zamanlar dayimən əcib_qərib işlər ilə uğraşmaqdaydı. Kosmik (fəzayi) Gəmilərin, qoşuna saldırması səhnəsini qurub, qonşuları Kosmik Gəmilərin mahala qonduqlarına inandırmaq dayimi əyləncəsiydi. Boş vaxtlarını isə 2_3 dərəcəli qorxmalı filmlərə baxmaqla keçirərmiş ama xalq ilə əlaqə qurmağı heç bacarmazıydı.

Ardı üçün aşağıda "Devamı"nı basın.

Gönderen: belad Tarih: 05.04.2008 Saat: 23:23 (162 okuma)
(Devamı... | 14947 byte kaldı | Puan: 0)

 Kamera Öncesi Animasyon

Animasyon - Animasiya
Optik Oyunçaqlar Kamera Öncəsi Animasiyası

Animasiyanın, məxsus bir sənət janrı olaraq araşdırması mümkün olası bir şey deyildir. Bu sənətin Teknolojiya və Elmə sıx bağlı olduğuna görə, tarixi də elm tarixinə qatışmışdır, xususilə Optik elminə, və bir-birindən ayrıca araşdırmaq olmaz. Bu yolda çoxlu sənətçilər, ixtiraçılar və bilim adamları, çeşidli dövrlərdə və ölkələrdə çalışmılardı. Buna görə də heç bir ölkəni yəqinlə bu sənətin doğulması yeri adlandırmaq olmaz.

Cizgi film və animasiya sənətin ulu babaları, Hərəkət sandıran əski mekaniki oyunçaqlardır. Bu oyunçaqların varlığı sadəcə öz əyləndirici güclərinə dayalı idi. Çünkü heç zaman nə ticarətçilər və nə geniş bir şəkildə, bilim adamları tərəfindən himayə olunmurlar. Artıq, ixtiraçıların şəxsi marağı, 100 ildən artıq bir sürə içində bu optik oyunçaqları inkişaf yolunda irəli sürdürür. Sonucu isə bu yoldan əldə edilmiş təcrübələr, yeni icad olunmuş Fotoqraf teknolojisindən barınaraq, Kino sənətinin doğulmasına yol açır.

Ardı üçün aşağıda "Devamı"nı basın.


Gönderen: belad Tarih: 27.03.2008 Saat: 21:51 (140 okuma)
(Devamı... | 12706 byte kaldı | Puan: 0)

 Animasiya Teknikleri

Animasyon - Animasiya
animasiya teknikleri Animasiya Teknikləri üzərə

Animasiya filmləri çeşidli və saya gəlməzcə yöndəmlər və tekniklər ilə istehsal olunur. Təbii ki bu sənətin teknolojiyə sıx bağlı olduğuna görə, teknoloji irəlilədikcə, tekniklərinin sayı da artıb, modernləşir. Artıq bu saya gəlməz teknikləri 4 umumi bölük içində çeşidləmək olur.

A. İki Ölçülü (2D) animasiya; (Klasik Cizgi Filmi kimi)

B. 3 Ölçülü animasiya (Kukla, gerçək cismlər və nəsnələr və belə İnsanlar ilə animasiya)

C. Kombinasiya (Çeşidli yöndəmlərin bir filmdə birləşməsi; Canlı film-animasiya yaxud Computer animasiya-Cizgi film kombinasiyaları kimi)

D. Computer Animation

Bu hər qurupun içərdiyi tekniklərin sayı, bundan öncə dediğimiz kimi saya gəlməzlər, artıq bir neçəsi üzərə qısaca olaraq məlumat hazırlanmışdır.

Ardı üçün aşağıda "Devamı"nı basın


Gönderen: belad Tarih: 22.03.2008 Saat: 20:30 (250 okuma)
(Devamı... | 22072 byte kaldı | Puan: 5)


     Search



     Rand Video

Metro Metro Goldwyn Mayer/MGM/Hugh Harman/The Blue Danube/1939


     Video 3

Most Viewed Video Metro
Metro Goldwyn Mayer - MGM - Little Rural Riding Hood - Tex Avery - 1949

Latest Video WALL-E
WALL-E - Epilogue 1

Highest Rated Video Sincab
Sincab


     Random Headlines

Graphic
[ Graphic ]


     User Information
Hoşgeldin, Anonymous
Üye Adı
Şifre
Güvenlik Kodu: Güvenlik Kodu
Güvenlik Kodunu Girin

(Kayıt Ol)
Üyelik:
Son Üye: poyraz
Bugün: 0
Dün: 0
Toplam: 8

Şu An Bağlı:
Ziyaretçi: 9
Üye: 0
Toplam: 9




Designed By: www.okhdar.com


PHP-Nuke Copyright © 2006 by Francisco Burzi. This is free software, and you may redistribute it under the GPL. PHP-Nuke comes with absolutely no warranty, for details, see the license.
Sayfa Üretimi: 1.01 Saniye