 |
| Languages |  |
Site Lisanını Seçin
| |
| Ana Meno |  |
| Konular |  |
| aniMaral Galerisi |  |
| Videolar |  |
| Reklam |  |
| Learn English |  |
|  |
 | Walt Disney |
 Walter Elias Disney (1901 - 1966)
Amerikalı cizgi film rəssamı və komiks (comic strip) yazıçıs Disney, yaratdığı fiqurları satışa çıxarmaqda və bu yolla təcrübi filmlərinin məxaricini təmin etməkdə usta idi. Disneyland və Disney World adlı əyləncə parklarını açmaqla tətil sənayesinin qabaqcılları arasına girdi. Şikagoda anadan olan Disney, orta səviyyəli bir ailənin uşağı olaraq böyüdü. Çox məhdud olan cibxərcliyini artırmaq üçün qəzet dağıdırmış. 1916dan sonra Kanzas City Sənət İnstitutu kurslarına davam etdi. Birinci Dünya Döyüşü sıralarında Fransada ambulans sürücüsü olaraq əsgərliyini keçirdi.
Ardı üçün aşağıda "Devamı"nı basın.
|
|
|
Gönderen: belad Tarih: 11.11.2008 Saat: 18:58 (14 okuma)
(Devamı... | 8347 byte kaldı | Puan: 0)
|
|
 | NESNELERİ ETİR SAÇAN KİNO |
 NƏSNƏLƏRİ ƏTİR SAÇAN KİNO İLLUZİYASININ GERÇƏKLİKLƏRİ
1895-ci ildə şəkilləri hərəkətə gətirməklə yeni sənət növünün - kinonun əsasını qoyanda Lümyer qardaşlarının heç yatsalar yuxularına da gəlməzdi ki, nə vaxtsa onların xələfləri tamaşaçılara, məsələn, tapançanın lüləsindən çıxan, adi gözlə heç izini belə görmək mümkün olmayan güllənin hərəkətini həmin güllənin hərəkət sürəti ilə eyni sürətdə müşahidə edən seyrçinin görmə nöqtəsindən izləmək kimi qeyri-adi bir şans verəcəklər. Amma o vaxt ağla gəlməyənlər bu gün reallıqdır: müasir tamaşaçı ekrana baxa-baxa relsin (Dəmir Yolu) üzərinə uzanıb sürətlə hərəkət edən qatarın təkərlərinin necə fırlanmasını, yaydan çıxıb hədəfə doğru süzən oxun öz qurbanının köksünə sancılana qədər davam edən hərəkətini izləmək, ox kimi süzən ceyranın ürək döyüntülərini onun yanı ilə qaça-qaça duymaq, bir sözlə, dünyanı yalnız normal görmə qabiliyyətinin verdiyi imkanlar daxilində yox, həm də qarışqanın, quşun, öz yuvasından boylanan ilanın, daha neçə-neçə nələrin və kimlərin baxış bucağından görmək səadətinə qovuşur. Reallığın qavranılma prosesində məkana, məkandakı predmetlərə, proseslərə fəzanın bütün nöqtələrindən baxa bilmək imkanı yaratması, şubhəsiz ki, kinonun əldə etdiyi ən mühüm nailiyyətlərdən biridir. Amma kino bununla kifayətlənmir və kinoçular elmin, texnikanın nailiyyətlərindən bəhrələnərək ekran dilini daha da zənginləşdirmək, gerçəkliyin ekran vasitəsi ilə qavranılmasını daha da asanlaşdırmaq üçün yollar axtarırlar: yeni montaj üsulları üzərində eksperimentlər aparılır, ekran təhkiyəsinin akustik sırası təkmilləşdirilir, tamaşaçının duyğularını qıcıqlandırmağın, yeri gələndə onu şoka salmağın təzə konsepsiyaları hazırlanır.
Ardı üçün aşağıda "Devamı"nı basın.
|
|
|
Gönderen: belad Tarih: 12.10.2008 Saat: 21:09 (44 okuma)
(Devamı... | 36961 byte kaldı | Puan: 0)
|
|
 | Şel Silversteyn |
 Gecə gəzərkən
Gecəni gəzib, İsinmək üçün isti bir yer axtararkən, O yanımdan keçəndə, dedim: "Hey, kipriklərində qar dənəcikləri var" Və o gülərək: "Qar deyil..." "Tanrının göydə silkədiyi balışdan tökülən pərqulardır" - dedi. Və gülümsəyən dodaqlarını açdı, Taki bir qar dənəciyini üfürsün. Və ikimizdə güldük Sonra gözlərinə baxdım, Və gözləri yenə isinəcəyim yer idi...
Şel Silversteyn
"Bağışlayan Ağac", "Yuxarı Düşmək" və "Çardaqda İşıq" və S. kimi populyar uşaq kitabları üçün dünya şöhrətini qazanmış "Shel Silvestrein" gerçekden yunikal və çoxyönlü sənətkar idi; O məşhur şair, dramaturq, illüstrator, ssenarist və nəğməkar şair idi. Shel Silvestrein bütün əsrlərin ən populyarlarından və uşaqların ən çox sevdiyi yazıçılardan biri olaraq bütün dünyada 10 milyonlarca oxucunu heyran etmişdir.
Dahi "Sheldon Allan Silverstein" Sentyabr 25, 1930-da Çikaqoda anadan olmuş. Ancaq bir az özü barədə danışmağı sevərdi. 1975-də "Publishers Weekly"-yə, "Mən uşaq ikən, çox yaxşi bir beysbol oyunçusu yaxud qızların bəyəndiyi birisi olmaq istərdim, artıq nə beysbol nə də rəqs bacara bilmədim. Buna görə rəsm çəkməklə yazmağa başladım. Təqlid edəcəyim yaxud ondan təsirlənəcəyim kimsəm olmadığı üçün çox şanslıydım və öz stilimi inkişaf etdirdim" demişdi. 1950-lərdə Yaponiya və Koreyada əsgər olanda "Pacific Stars and Stripes" xəbərnaməsinin yetişkən oxucuları üçün ilk karikaturalarını çəkər. Həmçinin gitara çalmağı və mahnı yazmağı öyrənər; sonralar Johnny Cash üçün "A Boy Named Sue (Sue adlanan bir oğlan)" və Dr. Hook üçün isə "The Cover of the Rolling Stone" kimilərini yaradacaq bir istedad.
Ardı üçün aşağıda "Devamı"nı basın.
|
|
|
Gönderen: belad Tarih: 24.09.2008 Saat: 00:53 (136 okuma)
(Devamı... | 16424 byte kaldı | Puan: 0)
|
|
 | Wall.E |
 "Wall.E" Disney-pixar_ın yeni şahəsəri
Dastan xülasəsi
"Wall.E" zibil yığan bir robot adıdır. "Wall.E" 700 il boyunca ona tapşırıldığı iş (zibil yığma) ilə uğraşar artıq EVE adlı şik bir araşdırıcı robotla tanış olcaq yaşama baxışı dəyişir yenilənər. EVE, "Wall.E"_nin gələcək həyatın ona bağlı olduğu bir bitkini təsadüfü olaraq qoruduğunu öyrənər, bulduğunu, "evə arxayın dönmək olarmı yoxsa xeyr?" deyə şövqlə intizar çəkən insanlara çatdırmaq üçün durmadan fəzaya geri dönər və "Wall.E" onu fəzada izliyib ən həyəcanlı komedi və sevda macəralarından birini kino pərdələri üzünə çəkdirər.
Ardı üçün aşağıda "Devamı"nı basın.
|
|
|
Gönderen: belad Tarih: 13.08.2008 Saat: 11:40 (118 okuma)
(Devamı... | 12376 byte kaldı | Puan: 0)
|
|
 | Stop-motion texnikası ve tarixi |
 Stop-motion, kukla
Stop-motion texnikası və tarixi
"Stop Motion" sabit nəsnələri hərəkət edərmiş kimi göstərən bir animasiya texnikasıdır. Kuklalar və ya oyun xəmiri/lateks/silikon ilə yoğrulmuş modellər istifadə edilər, tək kadr (tək Fram) çəkmə xüsusiyyətinə sahib Digital və ya analoq kameraya ehtiyac vardır. Tək kadr (tək Fram) tutma xüsusiyyəti olan Video Capture kartları da istifadə edilə bilər.
Stop Motion texnikası: kameranı xarakterə qarşı nizamlayıb tək Fram çəkib sonra xaraktri bir az hərəkət etdirib yeni bir kadr çəkmək və bunu təkrarlayaraq animasiyanı tamamlamaqdır. Çəkilən tək kadr şəkillərin ard-arda düzülüb (hər saniyə üçün 12-24 kadr) oynadılması ilə hərəkət əldə edilər. Səhnələr montajlanaraq film tamamlanar. Bu işlərin çoxu cizgi film texnikası ilə eynidir, fərq; stop motion animasiyada istifadə edilən gerçək 3 ölçülü xarakter, model və setlərdir.
1800-cü illərin başlanğıcından sonlarına qədər keçən zaman içində kinonun ixtirasıyla cizgi film və stop motion texnikaları istifadə edilərək film çəkmə işləri də ortaya çıxmağa başlamışdır. Model animasiyası və ya 3 Ölçülü Animasiya olaraq, stop motion, Amerikada ortaya çıxıb inkişaf edən cizgi filmin əksinə, kölgə oyunları və kukla ənənəsinə sahib Orta və Cənub Avropada daha çox istifadə edilmiş və inkişaf etdirilmişdir. Uzaq şərq, xüsusilə Yaponiya da unudulmamalıdır.
Ardı üçün aşağıda "Devamı"nı basın.
|
|
|
Gönderen: belad Tarih: 17.07.2008 Saat: 20:22 (135 okuma)
(Devamı... | 15203 byte kaldı | Puan: 0)
|
|
 | Salvador Dali |
 Salvador Dali: Sürrealizm məktəbinin parlaq günəşi Salvador Felip Jakinto Dali Domenek sürrealist əsərləri ilə məşhurdur. Onun yaratdığı bütün əsərlər -sürrealist rəsmlər, yüksək səviyyədə çəkilmiş çertyojlar və İntibah dövrü rəssamlarının təsiri altında çəkdiyi mənzərə rəsmləri özünün qeyri-adi kombinasiyası seçilir. Dali böyük istedad və fantaziyaya malik rəssam idi. O qeyri-adi hərəkətləri ilə diqqəti cəlb etməyi çox sevirdi. Salvador Felipe Jakinto Dali Domenek 1904-cü il, 11 May, saat 08:45-də İspaniyanın kiçik şəhərlərindən biri olan Fiqeras (Kataloniya) şəhərində orta təbəqəli notarius ailəsində anadan olub. Dali uşaqlıq illərini Fiqerasda və gözəl mənzərəli Kadakas kəndində keçirib. Burada valideynləri onun üçün ilk studiyasını tikirlər. Dali ilk rəssamıq təhsilini Munispal Rəssamlıq Məktəbində alır. 1916-cı ildə yay tətilini Kadakas kəndində keçirən Dali Parisə tez-tez səfər edən yerli rəssam Ramon Pişotun ailəsi ilə tanış olur və onun qarşısında yeni dünya açılır - o ilk dəfə özü üçün müasir tərzi kəşf edir. 1917-ci ildə atası Dali üçün öz evlərində onun kömürlə çəkilmiş rəsmlərindən ibarət ilk sərgisini təşkil edir. Dalinin ilk ictimai sərgisi 1919-cu ildə Fiqerasda, Munisipal Teatrda açılır.
|
|
|
Gönderen: belad Tarih: 24.06.2008 Saat: 14:55 (147 okuma)
(Devamı... | 12640 byte kaldı | Puan: 0)
|
|
 | Kompüter qrafiki ile canlandırmanın inkişafı |
 Kompüter qrafiki ilə canlandırmanın inkişafı
klasik canlandırma iki ölçülü dünyada həyat tapmaqdadır. Xarakterlər və məkanlar kağız üzərinə əllə çəkilib, hər kadr ayrı-ayrı fotoşəkillənər. Disney bu 2 ölçülü dünyaya 1930larda multiplane (Çox Qatmanlı) kamera ilə yeni ölçü əlavə etmək üçün bəzi işlər görmüş olsa da, canlandırma dünyasındakı əsl böyük nailiyyət, 1980-ci illər və kompüterlərin həyatımıza girməsiylə olmuşdur. 1991-ci ildə Disneyin reallaşdırdığı "Beauty and the Beast" adlı cizgi filmi ilə kompüterlə yaradılan hərəkətli məkanlar cizgi filmlərdə meydana çıxarkən, "The Lion King"də kamera hərəkətlərində, "The Hunchback of Notre Damada" qalabalıqların yaradılmasında və Mulan cizgi filmində Hunların saldırmasının canlandırıldığı səhnələrin hamısında kompüter qrafiki və 3 Ölçülü canlandırma istifadə edilmişdir. Pixarın 1995-ci ildə viziona girən Oyuncaq Hekayəsi (Toy Story) filmi, canlandırma dünyasına tamamilə kompüterdə reallaşdırılan filmləri qazandırarkən, Toy Story-nin açdığı yoldan irəliləyən AntZ, Shrek, Ice Age kimi filmlər, bu dövrün ən çox izlənilən və bəyənilən filmləri olaraq, diqqət çəkmişlər. Kompüter canlandırmasının geddikcə artan cazibəsi indiki vaxtda canlandırma dünyasının yenidən qurulmasına gətirib çıxarmışdır.
Ardı üçün aşağıdakı "Devamı"nı basın.
|
|
|
Gönderen: belad Tarih: 22.06.2008 Saat: 12:04 (178 okuma)
(Devamı... | 24365 byte kaldı | Puan: 0)
|
|
 | Paleolit İncesenetinde Hereket Ayırdı |
 Paleolit (Palaeolitihic) İncəsənətində Hərəkət Ayırdı
Paleolit sənətkarları, mağara duvarları üzərində və ya başqa əl çatar yerlərdə rəsm etdiyi canavarlara, həyat verməyə də cəhd göstərmişlər. Hərəkətdəykən rəsm edilmiş çoxusu otcul heyvanlardan çoxlu nümunələr var. Bu təsvirlər ümumiyyətlə sadə və təfsilatsız, eyni halda təbiətdəki rəftarların yüksək dərəcədə müşahidə edilməsinə sübutdur (Azema 2004b).
Rəsimlərin bəzisi ilk baxışda hərəkətsiz görünürlər, artıq həmin rəsimlərə başqa bucaqlardan yaxud dəyişik yönlərdən ışıqlandırılaraq baxılırsa, bu fikir dəyişir. Mağara sənətkarları ehtimalən mağara duvarlarının təbii həcmlərindən, çəkdiklərini daha canlı his etdirməsi üçün faydalanmışlar. Daha doğrusu, bu sənətkarlar hərkətləri analiz edib, ardıcıl təsvirlərin üst-üstə (Superimposition) yaxud yan-yana çəkməsiylə, dördüncü ölçü (zamanı) icad etməyi bacarmışlar. Ancaq, təxminən 20 min il ərzində inkişaf etmiş Paleolit incəsənətindəki minlərcə heyvan rəsmindən çox azı bu özəllikləri daşımaqdadır. Aşağıda bu təsvirlərdən neçə seçilmişi üzərə danışılacaq.
Ardı üçün aşağıda "Devamı"nı basın.
|
|
|
Gönderen: belad Tarih: 20.06.2008 Saat: 16:54 (150 okuma)
(Devamı... | 20817 byte kaldı | Puan: 5)
|
|
 | Maurice de Bevere (Morris) üzere |
 Maurice de Bevere (Morris) üzərə
Morris bir illüstratörüydü, ancaq başqaları ilə əsaslı bir fərqi var idi, o isə ömür boyu "Şanslı Luk" (Lucky luck) komik Stripinin xarakterindən sevayı, başqa heç bir karakter ilə uğraşmamasıdır. Ayrı sözdə bütün ömrünü "Şanslı Luk"un macəralarına həsr etmişdir.
Morris 1923də Belçika`nın "Kortrijk", şəhərində anadan olur. əvvəllər rəssamlıqdan başqa komik striplərin dastanını da özü yazarmış. Ama sonralar yazmağı bıraxıb, komik striplərin yalnız rəsimləməsini öz boynuna götürür. Çox çəkmədən "Spirou" dərgisində sabit bir iş tapır. O zamanlar Spirou dərgisi yuxarı tirajla, həftəlik olaraq çıxırdı. Dərginin muxatəbləri isə gənc və yeniyetmələr idi. Əlbəttə bəzən bu iki qurupdan daha kiçik yaşlılar da bu dərgini oxuyurdular.
Ardı üçün aşağıda "Devamı"nı basın.
|
|
|
Gönderen: belad Tarih: 10.06.2008 Saat: 18:28 (174 okuma)
(Devamı... | 6214 byte kaldı | Puan: 0)
|
|
 | Hybrid Animation ve Treasure Planet |
 "Hibrid animasiya" (Hybrid Animation) və "Xəzinə Planeti" (Treasure Planet)
Rəng və fırçayla çəkilən klasik animasiya texniki ilə 3 Ölçülü (3D) kompüter animasiyası, hər ikisinində macəralı və fantastik "Xəzinə Planeti" (Xəzinə Səyyarəsi) filmin çəkilişində önəmli rolları var. Misal olaraq "John Silver" karakteri, İnsan_Maşın vucudlu bir karakterdir. Bu karakterin insani hissəsi əl, robatik hissəsi isə kompüter istehsalıdır. Bu karakterin canlandıranı və nizarətçisi, animator "Glen Kin"; Kompüter Qərinə (Simetriya) qanunlarını gözləmə və mexaniki rəsmlər çəkmək baxımından nüqsansız işliyir. Əslində Kompüter, maşın rəsm edən bir maşındır, ama insanlar, ehsaslı və həyicanlı parçalar üçün bədahəlik və bəzi gərəkli tənasübsüzlüyü təmin etməkdə daha yararlı işliyirlər - deyir.
Ardı üçün aşağıda "Devamı"nı basın.
|
|
|
Gönderen: belad Tarih: 27.05.2008 Saat: 09:22 (198 okuma)
(Devamı... | 10223 byte kaldı | Puan: 0)
|
|
 | Tim Berton (Tim Burton) |
 Timothy "Tim" William Burton
1958`də Kaliforniya`nın Burbank`ında anadan olur. Elə uşaq ikən də qeyri_adi idi. Yaşıdlarıyla uyuşmaz, sakit bir uşağıydı. Sınıfdaşları, Burton`u eybəcər rəsimlər çəkər, ağlında qəribə fantastik dünyalar yaşadar bir oğlancığaz tanıyardılar. Yeni yetməlik yaşlarındakən, yoldaşları ilə bərabər film çəkərmiş, "Doktor Aqor`un Adası" (The Island of Doctor Agor) (1971) bu filmlərə bir nümünədir. O zamanlar dayimən əcib_qərib işlər ilə uğraşmaqdaydı. Kosmik (fəzayi) Gəmilərin, qoşuna saldırması səhnəsini qurub, qonşuları Kosmik Gəmilərin mahala qonduqlarına inandırmaq dayimi əyləncəsiydi. Boş vaxtlarını isə 2_3 dərəcəli qorxmalı filmlərə baxmaqla keçirərmiş ama xalq ilə əlaqə qurmağı heç bacarmazıydı. Ardı üçün aşağıda "Devamı"nı basın.
|
|
|
Gönderen: belad Tarih: 06.04.2008 Saat: 00:23 (294 okuma)
(Devamı... | 14874 byte kaldı | Puan: 0)
|
|
 | Kamera Öncesi Animasyon |
 Kamera Öncəsi Animasiyası Animasiyanın, məxsus bir sənət janrı olaraq araşdırması mümkün olası deyildir. Bu sənətin Teknolojiya və Elmə sıx bağlı olduğuna görə, tarixi də elm tarixinə qarışmışdır, xususilə Optik elminə, və bir-birindən ayrıca araşdırmaq olmaz. Bu yolda çoxlu sənətkarlar, ixtiraçılar və bilim adamları, çeşidli dövrlərdə və ölkələrdə çalışmılar. Buna görə də heç bir ölkəni bu sənətin doğulması yeri adlandırmaq olmaz. Cizgi film və animasiya sənətin ulu babaları, Hərəkət sandıran əski mexaniki oyuncaqlardır. Bu oyuncaqların varlığı sadəcə öz əyləndirici güclərinə dayalı idi. Çünkü heç zaman nə ticarətçilər və nə geniş bir şəkildə, bilim adamları tərəfindən himayə olunmamışlar. Ancaq, ixtiraçıların şəxsi marağı, 100 ildən artıq bir müddət içində bu optik oyuncaqları inkişaf yolunda irəli sürdürmüşdür. Sonucu isə bu yoldan əldə edilmiş təcrübələr, yeni icad olunmuş Fotoqrafiya teknolojisindən faydalanaraq, Kino sənətinin doğulmasına yol açır. Ardı üçün aşağıda "Devamı"nı basın.
|
|
|
Gönderen: belad Tarih: 27.03.2008 Saat: 22:51 (212 okuma)
(Devamı... | 12201 byte kaldı | Puan: 0)
|
|
 | Animasiya Teknikleri |
 Animasiya Teknikləri üzərə Animasiya filmləri çeşidli və saya gəlməzcə yöndəmlər və tekniklər ilə istehsal olunur. Təbii ki bu sənətin teknolojiyə sıx bağlı olduğuna görə, teknoloji irəlilədikcə, tekniklərinin də sayı artıb, modernləşir. Ancaq bu saya gəlməz teknikləri 4 umumi bölük içində çeşidləmək olar. A. İki Ölçülü (2D) animasiya; (Klasik Cizgi Filmi kimi) B. 3 Ölçülü animasiya (Kukla, gerçək cismlər və nəsnələr və belə İnsanlar ilə animasiya) C. Kombinasiya (Çeşidli yöndəmlərin bir filmdə birləşməsi; Canlı film-animasiya yaxud Computer animasiya-Cizgi film kombinasiyaları kimi) D. Computer Animation Bu hər qurupun, öz içinə aldığı tekniklərin sayı, bundan öncə dediğimiz kimi saya gəlməzlər, ancaq bir neçəsi üzərə qısaca olaraq məlumat hazırlanmışdır.
Ardı üçün aşağıda "Devamı"nı basın
|
|
|
Gönderen: belad Tarih: 22.03.2008 Saat: 21:30 (364 okuma)
(Devamı... | 22115 byte kaldı | Puan: 5)
|
|
 | Aladdin, Cizgi Filmi üzere maraqlı nüqteler |
 24 Maraqlı Nüqtə Əlaəddin (Aladdin) Cizgi Filmi Üzərə 1. ilk öncə Əlaəddin`də iki Devin olması qərqrı alınmışdır. Birisi Çırağ devi, birisi də Sehirli Tana (Həlqə) devi. 2. Ron Clements, Əlaəddin rejissorlarından biri: ""Kiçik Supərisi" (The Little Mermaid) animasiya filmini bitirəndən sonra, sonrakı projə bəlli deyildir. (Hələ Dream Works studiyasını açmadan qabaq) Disney istehsal departmanının bacarıqlı rəyisi, Jeffrey Katzenberg, üç projə təklif edir: "Qu gölü", "Meşə Kralı" (Sonralar "Aslan Kral" adı ilə dəyişdirildi) və "Əlaəddin". "Qu Gölü"nün "Kiçik Supərisi" filminə bənzədiyi ucundan, "Əlaəddin" ilə "Meşə Kralı" projələrdən birini seçmək qərarını alıb, sonucu isə "Əlaəddini" seçdik, çünkü həyicanlı bir Cizgi Film olacağını düşünürdük." deyir. 3. İlk öncə bu filmdə, "Babək", "Ömər" və "Qasım" adlı üç yoldaşın rolu olmalıymış. "Howard Ashman" və "Alan Menken", filmin bəstəkarları, bu üç dostun birgə oxuyacaqları mahnını da belə bəstələməğə başlamışdılar. 4. animatorlar, Əlaəddin karakterini, "Gələcəyə Dönüş" seri filmlərin oyunçusu, "michael J.Fax"in üzünə oxşar çəkməyi istəyirdilər. Ancaq, sonra "Tom Crous"a bənzər çəkilir. "Prənses Jasmine"in karakteri isə, Disney animatorlarından, "Mark Henn"in bacısına bənzəyir. 5. Əlaəddin`in mahnı qoşanı və "Kiçik Supərisi" mahnıları üçün Oskar mukafatı qazanan, adlım Howard Ashman, 1991`də idz xəstəliyindən həyatını dəyişir. Ardı üçün aşağıda "Devam"nı basın.
|
|
|
Gönderen: belad Tarih: 17.03.2008 Saat: 21:31 (233 okuma)
(Devamı... | 17764 byte kaldı | Puan: 5)
|
|
|  |
| Search |  |
| Rand Video |  |
| Video 3 |  |
| User Information |  |
| Random Headlines |  |
| Old Articles |  |
| 
|