 |
| Languages |  |
Site Lisanını Seçin
| |
| Konular |  |
| Ana Meno |  |
| aniMaral Galerisi |  |
| Videolar |  |
| Learn English |  |
| Linkler |  |
| User Information |  |
| Page Rank |  |
| Share |  |
| Visitors |  |
|  |
 | Ushaq ve Qilinc |
 Dünya Ədəbiyyatı: Uşaq və qılınc
Yazan: Roger Devigne
Təpə üzərindəki işçi evi, bu gecə öləcək bir uşağı özündə saxlayır. Çini oyuncaq kuklalar kimi heysiz və sakitcə yatağına uzanıb. Artıq oyuncaqlarına əlini dəymir. Qardaşları oyuncaqlar marağından yanırlar. Amma oğlan qəzəblidir. "bunlar çox bahaya başa gəliblər, xəstənindirlər!" Hamısını, balacanın yenidən sağalması ümidilə yorğanın üzərinə düzüblər: təkərli at, sarı-qırmızı təlxək, məxmər geyinikli bir meymun, bir dəst Roma silahı ilə gerçək bir dəbilqə, üzərində günəş simvolu olan bir kəmər və kiçik bir qılınc.
Yalnız bircə oyun hələ də onu əyləndirir: anası hərdən titrək bədənilə ona sarı əyiləndə, inildəyərək "Tik! Ana, tik!" deyə səslənir.
Yazıq qadın ayağını pedala basır tikiş makinasını ehmalca işlədir və tikiş makinası uşağı əyləndirmək üçün vəfalı bir heyvan kimi xırıldayır ... .
|
|
|
Gönderen:
belad Tarih: 16.05.2010 Saat: 08:52 (258 okuma)
(Devamı... | 8831 byte kaldı | Puan: 0)
|
|
 | aniMaral Studiyasinin Yeni Istehsali |
 aniMaral Studiyasının Yeni İstehsalı
aniMaral studiyasının "KİNO" adlı qısametrajlı animasiya filminin istehsalı sona çatıb.
Film Mövzüsü barədə: Filmin dastanı Kino mövzusu üzrə qurulub. İncəsənət tarixçilərinin bir çoxunun nəzərincə bütün incəsənət formalarının yaşı və tarixi bəşəriyyət yaşı və tarixi ilə bərabərdir yəni idiya çox qədimdir ancaq texnologiya və alətlər inkişaf etdikcə incəsənət formaları da meydana çıxmaq imkanına sahib ola bilirlər. KİNO filminin də mövzusu bu nəzəriyyəyə müvafiq olaraq yazılıb. Yəni kino sənəti idiyasının da yaşı bəşər yaşı kimi çox qədimdir.
Film Texnikası: Film 2D və 3D (3 Ölçülü) texnikalarının kombinasiyası və Klasik animasiya olaraq istehsal edilib. Filmin 2D hissəsi arxa planlarıdır, xarakterlər və hərəkətlər isə 3D Animasiya texnikası ilə canlandırılıb.
Film İstehsalı Məlumatı:
Studiya: aniMaral Animation Studio Rejissor və Animator: Məcid Beladpəs Musiqi: Məhəmməd Bağır Zeynalı İstehsal ili: 2010
Filmin görüntüləri yazının ARDINDA;
|
|
|
Gönderen:
belad Tarih: 16.02.2010 Saat: 11:05 (434 okuma)
(Devamı... | 4296 byte kaldı | Puan: 0)
|
|
 | 3D-Derslik: 3D Agac |
 3D Max Dərsliyi: 3D Ağac;
3Ddə düzəldilən bəzi ağac modellərinin eyni problemli olduqlarını hey görürəm. Ola bilsin ki Ağac düzəltməyin ən sadə və rahat yollarından biri bir Box-dan başlayıb yuxarı üzünü neçə dəfə Extrude (Bevel) edib sonra isə budaqları eşiyə çıxarmaqdır.
Ümumilikdə gördüyüm Ağacların problemi, ağacın əsəs gövdəsini ən başacan uzatmaqdır. Bu sadəcə həmişəyaşıl ağaclar üçün yaxşı ola bilər. Normal bir Ağac üçün bu dərsliyi hazırlamışam.
Ardı üçün "Devamı"nı basın.
|
|
|
Gönderen:
belad Tarih: 05.02.2010 Saat: 07:37 (402 okuma)
(Devamı... | 12610 byte kaldı | Puan: 0)
|
|
 | Pispisa Xanim ve Siçan bey |
 Pıspısa Xanım və Siçan Bəy
Uşaq ikən sevə-sevə baxdığım bir çox azərbaycan cizgi filmi var. onları çox sevib mahnılarını özüm də oxuyardım. Bunların bir çoxunu da anam mənə nağıl etmişdi, ona görə də nağılını eşitdiklərimi cizgi filmlərdə də görməyim daha çox kef verirdi.
Bu cizgi fillmlərdən "Cücələrim, Pıspısa xanım, Cırtdan-Pəhləvan, Kirpi balası və Alma və ..." adını çəkə bilərəm.
Ona görə də burada Pıspısa Xanımın nağılını və mahnı sözlərini yazmaq qərarına gəldim.
(Ardı üçün aşağıdakı "Devamı"nı basın.)
|
|
|
Gönderen:
belad Tarih: 26.12.2009 Saat: 11:40 (870 okuma)
(Devamı... | 12425 byte kaldı | Puan: 0)
|
|
 | A Very Old Man with Enormous Wings - Dünya Edebiyyatı |
 İRİ QANADLI ÇOX QOCA KİŞİ
Qabriel Qarsiya Markes
Yağışın üçüncü günündə evin içində o qədər yengəc öldürmüşdülər ki Pelayo suyla dolmuş həyətlərindən keçib onları dənizə atmalı oldu, çünki yeni doğulmuş körpələri bütün gecəni qızdırma içində idi, və "bu üfunətdəndir" deyə düşünürdülər. Dünya çərşənbə axşamından bəri kədərli idi. Göylə dəniz bircə alatoran şeyə çevrilmişdi və qumu Mart gecələri qor-qor parlayan sahil, pörtmüş palçıq və çürümüş sədəf sahilinə dönmüşdü. Günorta vaxtı, Pelayo yengəcləri dənizə atıb evə qayıdanda hava o qədər tutqunuydu ki dalhəyətdə tərpənib inildiyənin nə olduğunu seçmək mümkün deyildi. Onun qoca bir kişi, çox qoca birisi olduğunu ancaq lap yaxınına getdiyində seçə bilmişdi. Üzüquylu palçığa uzanmışdı. Nə qədər çabalayırdısa qalxa bilmirdi; nəhəng qanadları mane olurdu.
Ardı üçün aşağıdakı "Devamı"nı basın.
|
|
|
Gönderen:
belad Tarih: 08.10.2009 Saat: 16:35 (504 okuma)
(Devamı... | 26594 byte kaldı | Puan: 0)
|
|
 | Animasiya Üzre Tehsilin Önemi - II |
Animasiya üzrə təhsilin önəmi (Son Hissə)
Yazan: Jim Korkis Don Graham-ın Təşəbbüslü Öyrətimi Uolter yeni məktəbi üçün Chouinard-da dərs verən Don Qrahamı işə götürmə qərarına gəlir. Qraham, Stenford Kollecinin sabiq mühəndislik öyrəncisidi. Qrahamın tədris məharətləri və dözümlülüyü onu unudulmaz bir müəllimə çevirib. O rəssamlıq və incəsənət sahəsində geniş məlumatlı bir müəllim, həmçini özü də usta bir rəssam idi. Hyperion Studiyasında (15 noyabr, 1932) qurulan ilk dərs kilasında 25 nəfər iştirak etdilər. Bu say getdikcə çoxaldı. Ancaq animatorların hamısı bu kilaslara könüllü deyildilər, özəlliklə Qrahamın animasiya üzrə tədris təcrübəsizliyi ucbatından Freddy Moore və Norm Ferguson kimi zati animatorlar bu kilaslardan gözəglimli bir şey əldə edə bilmədiklərini düşünürdülər. Freddy Moore əməkdaşlarına demişdi ki: “Qraham sizə qanunları öyrədir və mən yalnız bu rəsm qabaqkından yaxşıdır deyə bilərəm.” Bill Tytla kimi disney-in başqa əfsanəvi animatorları könüllü olaraq bu kilaslara qatıldılar. Bu barədə deyib ki: “İki il öncə bu kilaslara birinci dəfə qatıldığımda hərəkəti analiz edirdilər və mən elə ordaca bu dərslərə vuruldum.” Ardı üçün aşağıdakı "Devamı"nı basın.
|
|
|
Gönderen:
belad Tarih: 30.09.2009 Saat: 10:01 (343 okuma)
(Devamı... | 11268 byte kaldı | Puan: 0)
|
|
 | Animasiya Üzre Tehsilin Önemi - I |
 Animasiya üzrə təhsilin önəmi (Birinci Hissə) Yazan: Jim Korkis Bu zamanlar, maraqlı və həvəskar animatorlar üçün, peşələri və sənətləri üzrə lazim olan məharətləri öyrənməyə çoxlu imkanlar var; Universitet, Fakultə, kitab, dərgi və belə xüsusi kilaslar. Şövqlü bir öyrənci üçün bu sənətin professional və adlım ustalarının yol göstəriciliyi belə əl çatmaz deyil. Ancaq bir əsr öncə karikaturaçılar, karikaturanın yeni forması, daha doğrusu Hərəkətli karikatura ilə tanış olurkən vəziyyət bam_başqa idi. Erkən dövr cizgi filmləri sadəcə yeni bir fenomen və sehirbazlıq sayılırdı. Erkən dövr animasiyanın məhdud tamaşaçıları, şəkilləri, əyləndirici qılacaq neçə duzlu hərəkət ilə razılaşırdılar. Başqa sözlə animasiya müstəqil sənət deyil, karikaturanın yan qoluydu.
Ardı üçün aşağıda "Devamı"nı basın.
|
|
|
Gönderen:
belad Tarih: 01.06.2009 Saat: 15:32 (435 okuma)
(Devamı... | 9206 byte kaldı | Puan: 0)
|
|
 | Kuklanın Gerçek Gözleri |
 Kuklanın Gerçək Gözləri Ən yaxşı qısametrajlı animasiya filmi oskarı namizədi Madame Tutli-Putli filmi üzrə
Ağır səfər yükünün altında beli bükülmüş və keçmişin xatirələri ilə əhatə olunmuş Madame Tutli_Putli artıq səfərini başlayır və səfərinin ilk başından rahatsız edən qəribə xarakterlər ilə üzləşir; "Düşmanınız ilə necə davranmalısınız?" adlı bir kitabı oxumaqda olan qəribə bir oğlancığaz və yanında isə dərin yuxuya dalmış babası, Çamadanlarında oturan iki şahmat oyunçusu; daha doğrusu təsadüfə boyun əyib qatarın hərdən bir atılıb_düşməsi üzündən şahmat fiqurlarının oynatılmasını izləyən iki adam və gözlənilməz bərabər yatmaq təklifi ilə Tutli_Putlini təlaşa salan ünlü bir tennis oyunçusu. Ancaq bu qəribə əhvalat önündəki sirrili gecə ilə qarşılaşmaq üçün daha ayıq_sayıq olmasına məcbur edir.
Gecə ikən qatar qısa zaman dayanır. Tutli_Putlidən başqa bütün yolçular dərin yuxuya dalmışlar. Qatar dayanmışkən pis niyyətli olduqları bəlli üç kişi qatarda görünür. Bu üç kişi qatarda yaşıl bir duman yayırlar. Sonrası qatar boşalmış və Tutli_Putli qatarın tək yolçusu olaraq gerçək və məcazın iç_içə girdiyi bir dünyada sirrili və metafiziki bir hadisə ilə üz_üzə qalır. ...
Ardı üçün aşağıda "Devamı"nı basın.
|
|
|
Gönderen:
belad Tarih: 06.04.2009 Saat: 08:58 (655 okuma)
(Devamı... | 7541 byte kaldı | Puan: 0)
|
|
|
Gönderen:
belad Tarih: 06.02.2009 Saat: 06:34 (1113 okuma)
(Devamı... | 26011 byte kaldı | Puan: 0)
|
|
 | Edebiyyat ve Animasiya |
 Ədəbiyyat, Folklor və Animasiya
İstər şifahi istərsə yazılı ədəbiyyat bütün yer üzü xalqlarının ortaq incəsənət formasıdır. Tanınmış ən qədim məktub ədəbiyyatın tarixi təxminən 4000 il miladdan qabaq olsa da yəqinki şifahi ədəbiyyat bu tarixdən xeyli qabaq (bəlkədə bəşər danışmağı öyrənəndən bəri) yaradılmağa başlamış və sinədən sinəyə köçürülərək uzun zamanlar yaşadılmışdır. Hər xalqı tanımaq üçün o xalqın ədəbiyyatını tanımaq yetər belə. Əsil ədəbiyyat xalqın özəlliklərini, ənənələrini və adətlərini əks etdirir və həmin adət-ənənələri yaşadır. Bütün dövrlərin müxtəlif incəsənət formaları isə ədəbiyyat əsərləri ilə sıx əlaqədə olmuş. Teatr, rəssamlıq, heykəl və başqa incəsənət formalarını ədəbiyyatsız təsəvvür etmək mümkün deyil. Kino sənəti isə doğulduğundan bəri başqa sənətlər kimi ədəbiyyatla sıx əlaqəqəyə girmiş. Təbii ki kinonun bir qolu olan animasiya da bu əlaqədən uzaq qalmamış.
Ardı üçün "Devamı"nı basın.
|
|
|
Gönderen:
belad Tarih: 12.01.2009 Saat: 18:39 (702 okuma)
(Devamı... | 10304 byte kaldı | Puan: 0)
|
|
 | İncesenet III |
 İncəsənət və Sənətkar (Üçüncü (Son) Hissə) Yazan: E.H.GOMBRICH Geyim, gül və yemək masasına həddən artıq fikir verənlərin, belə şeylər bu qədər diqqət yetirməyə dəyməz deyə vasvası olduqlarına inanmağımız mümkündür. Ancaq gündəlik həyatda pis sayılan və çox vaxtlar başqalarından gizlətdiyimiz adətlər, incəsənət aləmində yüksək dərəcədə dəyərli və yararlı ola bilər. Rəssam, formaları cürləşdirmə yaxud rəng düzülüşü məsələsinə toxunduqda, "vasvası" və ondan da belə çox, nəhayət dərəcədə "Müşkülpəsənd" olmalıdır. O bizim əsla diqqətimizi çəkməz ya da çox az çəkən incə kölgəlik (Ton) dərəcə ixtilafları yaxud sturukturları (Texture) sezə bilir. Əlbəttə ki onun işi, bizim gündəlik həyatda ehtimalən qarşılaşdığımız məsələlərdən qat-qat dolaşıq və çətindir. O sadəcə neçə rəng, forma və S. kimi şeylər arasında müvazinət yaratmaq deyil, saya gəlməzcə halətləri sınamalıdır. Məsələn tablosundakı yüzlərcə Ton və Formaların "doğru" tərkibini əldə etmək üçün, dəfələrcə onları aşağı_yuxarı, oyan_buyan etməsi və tərkibi pozub yenidən başlaması belə mümkündür. Məsələn bir yaşıl rəngin tünd bir Göyün yanında durması üzündən həddən artıq sarıya çalması mümkündür. Ona görə də, hər şey korlandı, uyuşmazlıq çıxdı deyə başdan başlaması mümkündür. Tərkib və düzülüşün döğru olub_olmadığı məsələsi bəzən ona əzab verib yuxusunu qaçıracaq qədər belə başını qatır və saatlarca tablosu önündə durub fırça ilə oyan_buyana rəng artırıb sonra pozub yenidən rəng yaxır. Bu incəliklər bizim əsla sezməyəcəyimiz şeylərdir. Ancaq sənətkar işini uğurla bitirsə, artıq heç bir şey artılıb_əskilməz bir tablo əldə edəcək, yəni "doğru_düzgün" bir əsər; başqa sözlə, kamalsız bir dünyada, bitkinliyə bir örnək.
Ardı üçün aşağıda "Devamı"nı basın.
|
|
|
Gönderen:
belad Tarih: 29.12.2008 Saat: 19:49 (740 okuma)
(Devamı... | 20963 byte kaldı | Puan: 0)
|
|
 | İncesenet II |
 İncəsənət və Sənətkar (İkininci Hissə) Yazan: E.H.GOMBRICH
Şəksiz bu biraz şişirtilmiş misaldır (birinci hissənin sonunda çəkilən misal), ancaq buna bənzər yanlışlıqlar nadir və ehtimalsız deyil. Hamımız anlaşılan və alışdığımız rəng və şəkilləri doğru rəng və şəkillər sanmağa meyl göstəririk. Uşaqların çoxusu göy üzündəki ulduzlar, həndəsi ulduz şəklində olmalıdır deyə düşünürlər, buna baxmayaraq ki hamımız ulduzların əsl və təbii formalarının elə olmadığını bilirik. Bir tabloda Göy və Çəmən illah göy və yaşıl olmalıdır deyənlər də bu uşaqlardan qalıcı deyillər, tabloda başqa rəngləri görcək hirslənərlər. Ancaq yaşıl çəmənlər və göy səmalar barədə bütün eşiddiklərimizi unudub, sanki daha öncə bu dünyanı heç görməmiş, yenicə başqa planetdən gəlib bu dünyaya ayaq basan bir araşdırıcı kimi dünyamıza baxar olsaq, dünyamızın çaşdırıcı və əcib_qərib rənglərə boyandığı aydın olar. Rəssamlar da çox vaxtlar özləri buna bənzər kəşfiyat səfərindən gəlmiş kimi hiss edir, yaddaşlarındakı təsəvvürləri, öncələr üzərində israr etdiyi üsullar və eşiddiklərini buraxıb dünyanı yenidən izləmək istəyirlər və artıq Əti qırmızı, Almanı isə sarı yaxud al rəngdə görmək istəmirlər. Yaddaşımızda yerini bərkidən bu yanlış təsəvvürlərdən qurtulmaq o qədər də sadə deyil, ancaq bunun üstündən doğru_düzgün gələ bilən rəssamlar ən coşqun və könül oxşar əsərlər yaratmışlar. Yuxuda belə görmədiyimiz yeni təbiət gözəlliklərini bizə tanıtdıranlar da elə bu usta yaradıcılardır. Onlardan dərs alıb getdiyi yollarını tutsaq, otağımız pəncərəsindən eşiyə qısa bir baxış belə, bizi həyəcanlandıra bilər.
Ardı üçün aşağıda "Devamı"nı basın.
|
|
|
Gönderen:
belad Tarih: 30.11.2008 Saat: 20:36 (822 okuma)
(Devamı... | 17895 byte kaldı | Puan: 0)
|
|
 | İncesenet I |
 İncəsənət və Sənətkar (Birinci Hissə) Yazan: E.H.GOMBRICH
Əsas olaraq "Tam Sənət" deyə bir şey yoxdur, ancaq sənətkarlar vardır. Sənətkarlar (və xüsusilə Rəssamlar) isə, bir zamanlar rəngli kəssəkləri yerdən götürüb Camış və başqa heyvanların rəsmini mağara divarları üzərinə çəkən insanlar idi. Bizim çağda isə rəssamlar rənglərini hazır olaraq dükanlardan alıb Reklam posterləri dezayn edirlər; və bu uzun tarixi zaman içində nələr ki baş verməmiş. İncəsənət sözcüyünün müxtəlif dövrlərdə və coğrafiya məkanlarında bir-birlərindən ayrı və fərqli (və bəlkə də bir-birlərinə zidd) olaraq qavranılması şərtini nəzərə alaraq, bu hadisələrin hamısını Sənət saymaq məsələsizdir və bunu da unudmamalıyıq ki mütləq incəsənətin mövcudiyyəti yoxdur. Çünki mütləq anlamda sənət, artıq xəyali büt halına dönübdür. Bir sənətkara, yaratdığın şey öz taylarına görə əla bir şeydir ancaq "İncəsənt" sayılmaz desəniz, onu incitmiş olacaqsınız, və bir tablonu bəyənmiş kimsəyə, bəyəndiyin şey "İncəsənt" yox başqa şeydir desəniz onu heyrətləndirib rahatsız etmiş olarsınız. Doğrusu mən bir heykəl yaxud bir rəsmin bəyənilməsinin yanlış səbəbləri olduğuna inanmıram. Kimi bir tablonu ona vətənini andırdığı üçün, kimi isə bir portreti dostuna bənzədiyi üçün sevir. Bunun heç məsələsi yoxdur. Hamımız bir tabloya baxarkən, o tablonu bəyənəcəyimizi yaxud bəyənməyəcəyimizi təsirləndirə bilən minlərcə şeyi xatırlamağımız mümkündür. Bu xatirələr, müşahidə etdiyimiz əsərdən daha həzz almağımıza səbəb olarsa heç məsələ yaratmaz, ancaq əlaqəsiz bir xatirə bizi önfikirləməyə yönəldirsə məsələ ilə qarşılaşacağıq. Məsələn mümkündür özümüz belə sezmədən sadəcə yüksəklik və dağdan qorxumuzun təsiri altında əla bir dağlıq mənzərənin rəsmindən zəhləmiz belə gedsin. Belə durumlarda bir əsərdən ala biləcəyimiz həzzlərə əngəl olan içimizdəki və yaddaşımızdakı səbəbləri araşdırmalıyıq. Qətiyyən bir sənət əsərinə qarşı pis münasibətlərimizin səbəbləri doğru deyil.
Ardı üçün aşağıda "Devamı"nı basın.
|
|
|
Gönderen:
belad Tarih: 20.11.2008 Saat: 21:48 (1371 okuma)
(Devamı... | 27984 byte kaldı | Puan: 0)
|
|
 | Uolt Disney |
 Walter Elias Disney - Uolter Elayas Disney (1901 - 1966)
Amerikalı cizgi film rəssamı və komiks (comic strip) yazıçıs Uolt Disney, yaratdığı fiqurları satışa çıxarmaqda və bu yolla təcrübi filmlərinin məxaricini təmin etməkdə usta idi. Disneyland və Disney World adlı əyləncə parklarını açmaqla tətil sənayesinin qabaqcılları sırasına girdi. Şikagoda anadan olan Disney, orta səviyyəli bir ailənin uşağı olaraq böyüdü. Çox məhdud olan cibxərcliyini artırmaq üçün qəzet dağıdırmış. 1916dan sonra Kanzas City Sənət İnstitutu kurslarını davam etdirdi. Birinci Dünya Döyüşü sıralarında Fransada ambulans sürücüsü olaraq əsgərliyini keçirdi.
Ardı üçün aşağıda "Devamı"nı basın.
|
|
|
Gönderen:
belad Tarih: 11.11.2008 Saat: 17:58 (876 okuma)
(Devamı... | 8457 byte kaldı | Puan: 0)
|
|
 | NESNELERİ ETİR SAÇAN KİNO |
 NƏSNƏLƏRİ ƏTİR SAÇAN KİNO İLLUZİYASININ GERÇƏKLİKLƏRİ
1895-ci ildə şəkilləri hərəkətə gətirməklə yeni sənət növünün - kinonun əsasını qoyanda Lümyer qardaşlarının heç yatsalar yuxularına da gəlməzdi ki, nə vaxtsa onların xələfləri tamaşaçılara, məsələn, tapançanın lüləsindən çıxan, adi gözlə heç izini belə görmək mümkün olmayan güllənin hərəkətini həmin güllənin hərəkət sürəti ilə eyni sürətdə müşahidə edən seyrçinin görmə nöqtəsindən izləmək kimi qeyri-adi bir şans verəcəklər. Amma o vaxt ağla gəlməyənlər bu gün reallıqdır: müasir tamaşaçı ekrana baxa-baxa relsin (Dəmir Yolu) üzərinə uzanıb sürətlə hərəkət edən qatarın təkərlərinin necə fırlanmasını, yaydan çıxıb hədəfə doğru süzən oxun öz qurbanının köksünə sancılana qədər davam edən hərəkətini izləmək, ox kimi süzən ceyranın ürək döyüntülərini onun yanı ilə qaça-qaça duymaq, bir sözlə, dünyanı yalnız normal görmə qabiliyyətinin verdiyi imkanlar daxilində yox, həm də qarışqanın, quşun, öz yuvasından boylanan ilanın, daha neçə-neçə nələrin və kimlərin baxış bucağından görmək səadətinə qovuşur. Reallığın qavranılma prosesində məkana, məkandakı predmetlərə, proseslərə fəzanın bütün nöqtələrindən baxa bilmək imkanı yaratması, şubhəsiz ki, kinonun əldə etdiyi ən mühüm nailiyyətlərdən biridir. Amma kino bununla kifayətlənmir və kinoçular elmin, texnikanın nailiyyətlərindən bəhrələnərək ekran dilini daha da zənginləşdirmək, gerçəkliyin ekran vasitəsi ilə qavranılmasını daha da asanlaşdırmaq üçün yollar axtarırlar: yeni montaj üsulları üzərində eksperimentlər aparılır, ekran təhkiyəsinin akustik sırası təkmilləşdirilir, tamaşaçının duyğularını qıcıqlandırmağın, yeri gələndə onu şoka salmağın təzə konsepsiyaları hazırlanır.
Ardı üçün aşağıda "Devamı"nı basın.
|
|
|
Gönderen:
belad Tarih: 12.10.2008 Saat: 20:09 (732 okuma)
(Devamı... | 36973 byte kaldı | Puan: 0)
|
|
|  |
| Search |  |
| Rand Video |  |
| Video 3 |  |
| Old Articles |  |
| Random Headlines |  |
| 
|